13 C
Baku
Friday, November 22, 2024

“GoldenPay”in İdarə Heyətinə sədr təyin edildi

“QoldenPey” ASC-nin (GoldenPay, Hesab.az) səhmdarlarının qərarı ilə İdarə Heyətinə yeni sədr təyin edilib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.

Məlumatda qeyd edilir ki, bundan sonra sədr kimi Eynar Abdullayev Rəfail oğlu olacaq.

Bundan əlavə, Rəşad Mahmudov Asif oğlu “GoldenPay”in İdarə Heyətinin yeni üzvü təyin edilib.

O, bu vəzifədə 5 ildən çoxdur şirkətə sədrlik edən Naina Şükürovanı əvəz edib.

Eynar Abdullayev 2023-cü ilin dekabrından etibarən şirkətə rəhbərlik edəcək. E.Abdullayev 2020-ci ildən “QoldenPey”in heyətinə qoşulub. 2020-ci ilin oktyabrından 2021-ci ilin avqustuna qədər marketinq üzrə menecer, 2021-ci ilin sentyabrından 2022-ci ilin dekabrına qədər Marketinq və məhsul departamentinin direktoru, 2023-cü ilin yanvarından isə səhmdarların qərarı ilə İdarə Heyətinin üzvü və eləcə də, baş kommersiya inzibatçısı təyin edilmişdi.

Buna qədər “Azercell Telekom” MMC və “Azerfon” MMC (Nar) kimi iri telekommunikasiya şirkətlərində çalışıb.

Rəşad Mahmudov Asif oğlu 2018-ci ildən etibarən “QoldenPey” ASC şirkətində İnformasiya Texnologiyaları üzrə baş Direktor vəzifəsini icra edir.

 

 

Son xəbərlər
Digər xəbərlər