9 C
Baku
Tuesday, December 24, 2024

Pirallahı Sənaye Parkında ₼59.3 mln.-luq yeni şirkət yaradılıb

“Supreme Pharmatech Manufacuring” MMC-yə Pirallahı Sənaye Parkında rezident statusu verilib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatında bildirilir.

Məlumata görə, bununla da Parkın rezidentlərinin sayı 6-ya çatıb.

Şirkət Parkın 7,8 hektar ərazisində yüksək keyfiyyətli 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumilikdə 7 növdə (tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və s.) dərman məhsulun istehsalını həyata keçirəcək. İnvestisiya dəyəri 59,3 milyon manat olan müəssisədə 165 nəfər işlə təmin ediləcək. İllik istehsal gücü 50 milyon qutu istehsalı olan müəssisə “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” və “Sia Pharmaceuticals” MMC-nin üçtərəfli əməkdaşlığı çərçivəsində inşa ediləcək.

Son xəbərlər
Digər xəbərlər