10 C
Baku
Wednesday, December 11, 2024

Britaniya 1995-2023-cü illər ərzində Azərbaycana 35 mlrd. dollar investisiya yatırıb

Böyük Britaniya 1995-2023-cü (ilk 6 ay) illər ərzində Azərbaycana 35 mlrd. dollar investisiya yatırıb.

Bu barədə Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasında energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, yatırılan investisiyaların 32 mlrd. dolları neft-qaz sektorunun payına düşüb.

Nazir onu da qeyd edib ki, qeyd olunan dövrdə Azərbaycan Böyük Britaniyaya 2 mlrd. dollar həcmində investisiya yatırıb.

Pərviz Şahbazov həmçinin əlavə edib ki, bu ilin ilk 10 ay ərzində Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 734 mln dollar təşkil edib. 2022-ci ildə bu göstərici 1 mlrd. dollar təşkil edib, bu da illik müqayisədə 55.1% artım deməkdir.

Nazir vurğuladı ki, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar var.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər