Azərbaycanda 1 yanvar 2023-cü il tarixinə müəssisə və təşkilatların aktivlərinin həcmi 311.99 milyard manata yüksəlib.
Banker.az bunu Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Hesabata əsasən, bu da illik müqayisədə 5% artımdır.
Ölkə iqtisadiyyatının əsas drayveri olan mədənçıxarma sənayesinin aktivlərinin həcmi 143 mlrd. manat təşkil edib.
Aktivlərin 106.33 milyard manatı dövlət mülkiyyətində olan müəssələrin payına düşür.
Qeyd edək ki, bu hesabatda bank və kredit təşkilatlarının aktivləri nəzərə alınmır.
1 yanvar 2023-cü il tarixinə Azərbaycanda müəssisə və təşkilatların aktivləri, milyon manatla |
||
İqtisadi fəaliyyət növləri üzrə, cəmi | 2021-ci il | 2022-ci il |
Respublika üzrə | 297,353.19 | 311,986.19 |
o cümlədən: | ||
Mədənçıxarma sənayesi | 143,920.2 | 148,000.3 |
Emal sənayesi | 39,563.2 | 37,208.2 |
Tikinti | 21,832.0 | 25,606.7 |
Nəqliyyat və anbar təsərrüfatı | 19,735.2 | 20,484.5 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri | 12,291.5 | 15,214.8 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı | 12,647.6 | 13,065.9 |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar | 8,897.3 | 11,853.1 |
Su təchizatı; tullantıların təmizlənməsi və emalı | 10,037.0 | 10,261.0 |
Peşə, elmi və texniki fəaliyyət | 7,692.0 | 9,067.2 |
İnformasiya və rabitə | 5,398.0 | 5,706.0 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət | 3,880.3 | 4,550.1 |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 3,089.5 | 3,450.9 |
Yaşayışın təşkili və ictimai iaşə | 1,640.0 | 1,782.7 |
Maliyyə və sığorta fəaliyyəti | 1,545.2 | 1,560.3 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi | 807.1 | 1,197.9 |
Dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat | 1,111.1 | 1,190.2 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi | 865.4 | 768.1 |
Digər sahələrdə xidmətlərin göstərilməsi | 1,773.5 | 635.0 |
Təhsil | 627.4 | 383.3 |
1 yanvar 2023-cü il tarixinə Azərbaycanda dövlət mülkiyyətində olan müəssisə və təşkilatların aktivləri, milyon manatla |
||
İqtisadi fəaliyyət növləri üzrə, cəmi | 2021-ci il | 2022-ci il |
İqtisadi fəaliyyət növləri üzrə, cəmi | 106,048.3 | 106,331.4 |
o cümlədən: | – | – |
Mədənçıxarma sənayesi | 22,167.8 | 23,289.6 |
Emal sənayesi | 26,275.0 | 22,583.8 |
Nəqliyyat və anbar təsərrüfatı | 14,998.3 | 15,690.3 |
Tikinti | 11,570.5 | 12,887.8 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı | 12,472.3 | 12,851.7 |
Su təchizatı; tullantıların təmizlənməsi və emalı | 9,210.9 | 9,395.3 |
İnformasiya və rabitə | 2,245.4 | 1,983.8 |
Peşə, elmi və texniki fəaliyyət | 1,734.0 | 1,779.5 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət | 1,149.1 | 1,374.6 |
Dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat | 1,111.1 | 1,190.2 |
Maliyyə və sığorta fəaliyyəti | 872.4 | 801.4 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri | 504.3 | 686.8 |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar | 549.5 | 607.8 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi | 370.3 | 493.4 |
Yaşayışın təşkili və ictimai iaşə | 311.4 | 300.6 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi | 295.7 | 214.4 |
Təhsil | 169.6 | 144.5 |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 39.4 | 54.6 |
Digər sahələrdə xidmətlərin göstərilməsi | 1.4 | 1.2 |