9 C
Baku
Sunday, December 1, 2024

“Azərlizinq” icra məmurunun tələblərini yerinə yetirməyib – 5 min manatadək cərimə

“Azərlizinq” şirkəti məhkəməyə verilib.

Banker.az xəbər verir ki, buna səbəb İdarəçilik Qaydalari Əleyhinə Olan Inzibati Xətalardır.

Belə ki, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunub.

İş Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun icraatına verilib.

Bildirək ki, həmin maddəyə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə – fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər