Bu ilin 11 ayındaAzərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 223 mln. kVt-saat artaraq 26 487.5 mln. kVt-saat təşkil edib.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, hesabat dövründə elektrik enerjisinin ixracı 2 752.7 mln. kVt-saat, idxalı isə 200.8 mln. kVt-saat təşkil edib.
Qeyd olunur ki, yanvar-noyabr aylarında İstilik Elektrik Stansiyaları üzrə 24 525.1 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 962.4 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.