8 C
Baku
Monday, November 18, 2024

“Unibank”da kadr dəyişikliyi olub – TƏYİNAT

“Unibank KB” ASC-nin Daxili audit departamentinə yeni direktor təyin edilib.

Banker.az xəbər verir ki, bu Samir Məmmədovdur. O, bu vəzifənin icrasına 2023-cü ilin dekabrından başlayıb.

S.Məmmədova qədər bu vəzifədə Əhməd Müslümzadə idi.

Bnker.az-a daxil olan digər məlumata əsasən Ə.Müslümzadə “AzInTelecom” MMC-nin Daxili audit şöbəsinin rəhbəri təyin edilib.

Samir Məmmədov 2015-ci ildən etibarən bank səhəsində çalışır. “Unibank”da əmək fəaliyyətinə Daxili audit departamentinin auditoru olaraq başlamış, 2020-ci ildən hazırkı təyinatadək IT audit şöbəsinin rəhbəri olmuşdur. 2019-cu ildən etibarən Beynəlxalq ISACA təşkilatına üzvdür və CISA (Certified Information Systems Auditor), CRISC və CISM beynəlxalq sertifikatlarının sahibidir.

O, Azərbaycan Texniki Universitetidə informasiya Sistemlərinin təhlükəsizliyi ixtisası üzrə bakalavr dərəcəsinə və Azərbaycan Dövlət İqtisad Universitetində Qiymətli kağızlar ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Son xəbərlər
Digər xəbərlər