13 C
Baku
Saturday, November 23, 2024

Nazir müavini: 50 və 64 nömrəli xətt üzrə hərəkət edən marşrutlar birləşdirilməlidir

“Hər bir marşrut xəttinin öz hərəkət trafiki var. Kart sisteminə keçməzdən öncə ola bilsin ki, bəzi marşrut xətləri daha çox sərnişin daşımaq üçün digər marşrut xətlərinin trafikinə müdaxilə etmiş olurdu. Lakin nağdsız ödənişə keçdikdən sonra bu marşrut xətləri artıq qrafikdən kənar hərəkət edə bilmirlər”.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov 50 nömrəli marşrut xəttində intervalın çox olması, daha ləng hərəkətlə bağlı deyib.

O bildirib ki, hazırda marşrut hərəkətində bir-birini təkrarlayan xətlərin aradan qaldırılması məsələsi var: “50 və 64 nömrəli marşrut da əslində bir xətt kimi fəaliyyət göstərməlidir. Bu kimi məsələlərə bir neçə apsketdən baxmaq lazımdır. Düşünürəm ki, avtobusların intervalı, ölçüsü və s. ilə bağlı dəyişikliklərin edilməsi mövcud çatışmazlığın aradan qaldırılmasına təsirini göstərəcək”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər