2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xaricə 5 milyon 906 min ABŞ dolları dəyərində 650 ton həcmində çay ixrac edib.
Banker.az Dövlət Gömrük Komitəsinin hesabatlarına əsasən xəbər verir ki, illik müqayisədə çay ixracından əldə olunan gəlirlərdə və həcmində azalma müşahidə olunur.
Belə ki, 2022-ci ilə nisbətən ixrac gəliri 2 dəfə yaxın, ixrac həcmi isə 62.2% azalıb.
Ötən ilin eyni aylarında Azərbaycanın ixrac etdiyi çayın dəyəri 10 milyon 976 min ABŞ dolları, həcmi isə 1 719 ton təşkil edib.