Rusiyadan neft məhsullarının ixracı dekabrın 17-dək dörd həftə ərzində orta hesabla 2/4 milyon barel təşkil edib. Bu, sentyabrın ortalarından bəri ən yüksək rəqəmdir, “Bloomberg” yazır.
Bununla yanaşı, agentlik qeyd edir ki, daha dəyişkən həftəlik hesablamalar ixracın gündə 3 milyon bareldən çox artdığını göstərir.
“Bloomberg” xatırladır ki, OPEC+ alyansının sonuncu iclasında Rusiya gələn ilin birinci rübündə neft və neft məhsulları ixracının azaldılmasını dərinləşdirməyə söz verib.
Dekabrın 17-dək dörd həftəlik müddət ərzində dəniz yolu ilə xam neft tədarükü 3 milyon barel təşkil edib, agentlik qeyd edir.
2023-cü ildə Rusiya neft hasilatını və ixracını azaltmağa başlayıb. Bu ilin mart ayından neft hasilatının həcmi 500 min barel azalıb. Sentyabr ayından bu yana gündəlik ixracat 300 min barel düşüb.
Hələ iyun ayında OPEC+ ölkələri neft hasilatının kvotasını 40.46 milyon barel təyin etmişdi. Noyabr ayı görüşlərində alyans üzvləri iyun razılaşmasını bir daha təsdiqlədilər və həmçinin hasilatı və ixracı azaltmağa razılaşdılar. Rusiya yeni ildə neft ixracını ümumilikdə 500 min barel azaltmağı öhdəsinə götürüb.