8 C
Baku
Thursday, December 12, 2024

Yanvarın 1-dən elektron nəqliyyat qaiməsi ölkə üzrə yük daşımalara şamil ediləcək

Yanvarın 1-dən etibarən istifadəyə hazır olan elektron əmtəə nəqliyyat qaiməsi bütün ölkə üzrə yük daşımalara şamil ediləcək.

Bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan-Türkiyə İnvestisiya Forumu”nun panel çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Statistik rəqəmləri açıqlayan R.Hümmətov bildirib ki, ötən il avtomobil daşımalarında 75 faiz, cari ildə 50 faiz artım müşahidə olunub.

Ağır çəkili avtomobillərlə bağlı sualı cavablayan nazir müavini bu istiqamətdə görülən işlərdən də söz açıb. Bildirib ki, Azərbaycanın bununla bağlı müvafiq qanunvericiliyi var: “Ötən ildən etibarən müraciətlırin elektron formada qəbulu, icazərin mümkün qədər qısa müddətdə verilməsi təmin edilib. Bu tip yüklər bəzən müşayiət və mühafizə də tələb edir. Bu səbəbdən proses bir qədər mürəkkəbdir. Lakin qeyd edim ki, ötən dövr ərzində 4 min 600-dən artıq avtomobillərə bu sistem vasitəsilə icazə verilib”.

O bildirib ki, təkcə ağır çəkili avtomobillərlə bağlı deyil, bütünlükdə digər xidmətlərin elektron sistemə keçirilməsi istiqamətində işlər görülür.

Son xəbərlər
Digər xəbərlər