“S&P Global Ratings” agentliyi “Azər-Türk Bank” ASC üzrə uzun və qısamüddətli kredit reytinqlərini “B+/B” səviyyəsində təsdiq edib ki, bu da proqnozun “stabil” olması deməkdir.
Banker.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir.
“B+/B” uzunmüddətli və qısamüddətli reytinqlər ATB-nin ümumi kiçik daxili bazar mövqeyini və kapitalının böyük hissəsinin hökumətə məxsus olması ilə istehlak və ipoteka kreditləşməsinin sürətli artımını balanslaşdırır, hansı ki, bu, onun reputasiyası və biznes inkişafı üçün müsbət haldır”, – deyə Agentlik bildirir.
Agentliyə görə, növbəti 12 ay üzrə “stabil” proqnoz bankın biznes və maliyyə profillərinin onun yeni inkişaf strategiyası çərçivəsində sabit qalacağına dair gözləntilərini əks etdirir.
Reytinq agentliyi üstün ssenari kimi düşünür ki, hələ ki, növbəti 12 ay ərzində müsbət reytinq verilməsi ehtimalı azdır. Bundan sonra bank öz kapitalını və aktivlərinin keyfiyyət göstəricilərini qoruyub saxlamaqla əhəmiyyətli vaxt tələb edəcək əhəmiyyətli daxili bazar payına nail olarsa, agentlik reytinqləri yüksəldə bilər.
Bundan başqa ATB-nin yeni strategiyasının onun kapitallaşmasına və aktivlərinin keyfiyyətinə əhəmiyyətli təzyiq göstərəcəyi halda, növbəti 12 ay ərzində reytinqlərinin aşağı salına biləcəyi mənfi ssenari kimi göstərilib.