12 C
Baku
Monday, November 18, 2024

Hərbçilərlə bağlı qanuna dəyişikliklər təsdiqlənib

Azərbaycanda hərbi qulluqçuların ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçirilməsini nəzərdə tutan layihə III oxunuşda qəbul olunub.

Bu, parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklər narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə hazırlanıb. Belə ki, sənəddə müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların və kadr zabit heyətinə könüllü daxil olanların icbari narkoloji müayinədən keçməsi məsələlərinin hüquqi əsasları müəyyən olunub.

Bundan əlavə, Narkoloji xidmət və nəzarət haqqında” qanuna təklif edilən yeni – 24.4-cü maddədə qeyd edilib ki, müddətli həqiqi hərbi xidmətə çağrılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr-zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə ( müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçiriləcəklər.

Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qanun qəbul ediləcəyi təqdirdə 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər