Azərbaycana yumşaq buğdanın idxalında Rusiyanın payı yenidən yüksəlib.
Banker.az xəbər verir ki, ilin ilk 10 ayında ümumilikdə 944.92 min ton yumşaq buğda idxal edilib ki, bunun da idxal dəyəri $245.52 milyon olub.
Azərbaycana idxal edilən buğdanın böyük hissəsi, yəni 84%-i Rusiya Federasiyasından idxal edilib. 2022-ci ilin eyni dövründə Rusiyanın payı 80% idi.
Belə ki, idxal 2023-cü ilin ilk 10 ayında illik müqayisədə 5% artaraq 793.63 min ton təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, idxalın həcmi $194.72 mln. təşkil edib. Rusiyadan idxal edilən buğdanın bir tonunun orta qiyməti illik müqayisədə 29% azalaraq $245.36 olub.
Buğdanın qalan hissəsi isə Qazaxıstandan idxal edilib.