Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib.
Yenilənmiş qanuna əsasən, bundan sonra sığortaçının kreditorlarının tələblərinin ödənilməsinin növbəliliyinə dəyişiklik edilib.
Belə ki, səkkizinci növbədə, dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər, dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar, həmçinin sığortaçının ləğvi tarixindən əvvəlki bir il ərzində rüsumlarla və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunla müəyyən edilən icbari ödənişlərlə bağlı yaranmış tələblər nəzərdə tutulur.