9 C
Baku
Thursday, December 12, 2024

Bakıya elektrik mühərrikli avtobus gətirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanan və icrasına başlanılan Bakı şəhərinin mobillik proqramı çərçivəsində paytaxta sınaq məqsədilə daha bir istehsalçının istismarda olmuş elektrik mühərrikli avtobusu gətirilib. Əsas hədəf nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılmasıdır.

Nazirliyin məlumatına əsasən, Çinin “Zhongtong Bus Holding Co. LTD” şirkəti ilə əməkdaşlıq çərçivəsində artıq müəyyən qədər istismar edilmiş “Zhongtong” markalı elektrik mühərrikli avtobus Özbəkistandan Bakıya gətirilib və yenidən istismara verilib.

Məqsəd elektrik mühərrikli avtobusların məhz bir müddət istismar olunduqdan sonra necə işləyəcəyini və mövcud şəraitə uyğunluğunu yoxlamaqdır. Avtobusun ümumi sərnişin tutumu 85 nəfərdir.

Yaxın günlərdə isə ölkəmizə digər şirkət tərəfindən istehsal edilən daha bir elektrik mühərrikli avtobus gətiriləcək. Avtobuslar sınaq müddətində yoxlanılaraq qiymətləndiriləcək. Nəticələrə uyğun olaraq, elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqinə baxılacaq.

Qeyd edək ki, sentyabr ayından Bakıda marşrut xəttinə Çinin “BYD” şirkətindən alınan ilk elektrik mühərrikli avtobus buraxılıb. Avtobus tam enerji toplayaraq 350 km məsafə qət edə bilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər