Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımların həcmi 2023-cü ilin ilk 11 ayında 147.79 milyon manat təşkil edib.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bildirilir ki, bu da illik müqayisədə 45 faiz artım deməkdir.
İcbari avto-sığortalar üzrə ödənişlərin həcmi isə illik 9 faiz artaraq 89 mln. manat olub.
Sığorta haqları ilə sığorta ödənişlərinin fərqi 58.16 mln. manat olmaqla öncəki ildən 38.23 mln. manat və ya 3 dəfə çoxdur.
2023-cü ildə sığorta haqları və ödənişlərinin həcmi, min manat |
|||
Tarix | Sığorta haqları | Sığorta ödənişləri | Fərq |
Yanvar | 11,271 | 7,920 | 3,351 |
Fevral | 12,187 | 9,286 | 2,900 |
Mart | 12,209 | 5,808 | 6,401 |
Aprel | 12,501 | 7,616 | 4,884 |
May | 14,778 | 8,471 | 6,307 |
İyun | 13,929 | 7,392 | 6,537 |
İyul | 15,770 | 10,162 | 5,608 |
Avqust | 14,978 | 8,115 | 6,863 |
Sentyabr | 13,893 | 7,909 | 5,984 |
Oktyabr | 13,563 | 9,234 | 4,329 |
Noyabr | 12,714 | 7,724 | 4,990 |
CƏMİ | 147,793 | 89,637 | 58,156 |