Finlandiya Şengen vizası alan səyahətçilər üçün maliyyə zəmanəti tələbini gündə 30 avrodan 50 avroya qədər artırır.
Bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“2024-cü il yanvarın 1-dən Finlandiyaya qısamüddətli qalmaq üçün gələn səyahətçilərin ölkədə qaldıqları hər gün üçün ən azı 50 avro məbləğində vəsaiti olmalıdır”, – məlumatda bildirilib.
Qeyd edilib ki, bu maliyyə zəmanəti 90 gündən çox olmayan səfərlərə şamil edilir.