İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “SMTS” MMC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 33 mərtəbəli yeni inzibati binasında quraşdırılan avadanlıqlara, texniki infrastruktura 2024-cü il ərzində servis xidməti və təmir işləri nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 3.777.997,33 AZN təşkil edir.