Ötən il Rusiyanın əsas ixrac neft markası olan “Urals”ın bir bareli üçün orta qiyməti 62.99 ABŞ dolları təşkil edib, bu da ilin müvafiq dövrünün göstəricisi (66.47 dollar) ilə müqayisədə illik 17.2% azdır.
Bu barədə Rusiyanın Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunur ki, 2022-ci ildə “Urals” neftinin orta qiyməti 76.09 dollar səviyyəsində olub.