“Unibank KB” ASC-nin əsas fəaliyyət istiqamətlərindən biri olan istehlak kreditlərinin həcmi son rübdə kiçilib.
Banker.az bunu bankın 2023-cü ilin IV rübü üzrə maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, ilin son rübünün əvvəli istehlak kreditlərinin həcmi 640.81 milyon manat olduğu halda, rübün sonuna 627.61 milyon manata qədər azalıb. Bu da son rübdə istehlak kreditlərinin 13.21 milyon manat və ya 2.1 faiz azalması deməkdir.
Bununla belə, “Unibank” ilin son rübündə cəmi kredit portfelini cüzi artırmaqla 1 milyard 47 milyon manata yüksəldib. Buna səbəb biznes və ipoteka kreditlərindəki artımdır. Biznes kreditləri son rüb ərzində 2.1% artaraq 329.4 milyon manata və ipoteka kreditləri isə 8.9% artaraq 90.74 milyon manat olub.