14 C
Baku
Saturday, November 23, 2024

Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolu bu tarixdə açılacaq

İrəvan və Yeni Delhi arasında İrandan keçən ticarət yolunun açılması planlaşdırılır.

Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun 2024-cü ilin may ayına kimi açılması nəzərdə tutulur.

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bu barədə deyib:
“Məqsədimiz budur ki, Hindistanın Mumbay limanından Ermənistana İrandan Çabahar limanı vasitəsilə keçməklə düzgün fəaliyyət göstərən ticarət marşrutunun olması üçün bu ilin may ayına qədər bütün məsələləri həll edək”.

Qeyd olunub ki, ticarət yolunun açılması Ermənistan, Hindistan, İran, daha sonra Gürcüstan və Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə ticarət dövriyyəsini kəskin artıracaq.

Son xəbərlər
Digər xəbərlər