Bu il Rusiya vətəndaşlarının yay tətili üçün Azərbaycanda erkən rezervasiyaları ötən illə müqayisədə 79% çoxdur.
Rusiyalı turistlərin yay tətili üçün erkən rezervasiyaları Qazaxıstan, Tailand, İtaliyada və Gürcüstanda 3 dəfə, Belarusda 2 dəfə, Ermənistanda isə 68% artıb.
Ümumiyyətlə isə, Rusiya vətəndaşlarının erkən rezervasiyaları 1 il əvvələ nisbətən ölkə daxilində 30%, xarici istiqamətlər üzrə isə 77% artıb.
Bundan başqa, Azərbaycan bu il Rusiya vətəndaşlarının yay tətilini planlaşdırdıqları ölkələr arasında 6-cı pillədə qərarlaşıb. Həmçinin rusiyalı turistlərin yay tətilini planlaşdırdıqları ölkələr arasında ilk 10-luğa Belarus, Türkiyə, Gürcüstan, İtaliya, Ermənistan, Fransa, Tailand və Qazaxıstan daxildir.