14 C
Baku
Saturday, November 23, 2024

Kristin Laqard: “Qırmızı dənizdəki vəziyyət Aİ-də inflyasiyanın sürətlənməsi riskini artırır”

Qırmızı dəniz vasitəsilə gəmi tranzitinin məcburi dayandırılması səbəbindən tədarük zəncirinin pozulması Avropada inflyasiyanın sürətlənməsi riskini artırır.

Bu barədə Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard bildirib.

O, ECB-nin inflyasiya ilə mübarizə səylərinə mane ola biləcək digər əsas amillərdən biri kimi enerji resurslarının qiymətlərini qeyd edib.

Xatırladaq ki, COVID-19 pandemiyasının yayıldığı dövrdə tədarük zəncirinin pozulması Avropada inflyasiyanın sürətlənməsinə səbəb olmuşdu.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər