7 C
Baku
Thursday, December 12, 2024

Bankların aktivləri: həcmi, dinamikası və bazar payına görə RENKİNQİ (01.01.2024)

2023-cü ilin sonuna Azərbaycan banklarının aktivlərinin həcminə görə renkinqi açıqlanıb.

Banker.az xəbər verir ki, 1 yanvar 2024-cü il tarixinə siyahıya dövlətin ABB-si liderlik edir. Dövlət bankının aktivləri son bir ildə 3%-ə yaxın azalsa da, aktivlərinin həcmi 13.66 mlrd. manat təşkil edib. İkinci sırada “Kapital Bank” ASC (8.66 mlrd. manatla) və üçüncü sırada isə “PAŞA Bank” ASC (8.65 mlrd. manatla) gəlir.

Beləliklə, tarixdə ilk dəfə bankların aktivlərinə görə milyardlıq bankların sayı 9-a yüksəlib. 2023-cü ilin üçüncü rübünün sonunda 8 bank vardı ki, onların aktivləri 1 milyardı keçmişdi. Bu sıraya yeni qatılan isə “Yelo Bank” ASC-dir.

TOP10-luğu qapadan dövlətin ikinci bankı ATB-nin aktivlərinin 1 mlrd. manat olması üçün cəmi 5 milyon manat çatmır.

Şəkil böyük ölçüdə

 

ss

Son xəbərlər
Digər xəbərlər