10 C
Baku
Wednesday, December 11, 2024

Aztelekom tətbiq olunan maliyyə sanksiyası ilə bağlı mövqeyini açıqladı

Banker.az-ın məlumatına görə, ötən gün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı maliyyə sanksiyasının tətbiq ediləcəyini açıqlamışdır. Bu hadisə ilə bağlı “Aztelekom” MMC-yə Banker.az tərəfindən sorğu göndərilmişdir. Qurumun qeyd olunan məsələ ilə bağlı açıqlamasını diqqətinizə çatdırırıq.

Son zamanlar ölkə mətbuatında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işlə bağlı mübahisələrin hələ də həllini tapmaması barədə xəbərlər yayılmışdır.

Bununla əlaqədar bildirmək istəyririk ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsində qəbul etdiyi 24.06.2023-cü il tarixli qərarın qanunvericiliyə uyğun olmadığı qənaətindəyik və 21.07.2023-cü il tarixində məhkəmə qaydasında mübahisələndirilib. Bu məsələ ilə əlaqədar yekun qərarın məhkəmə tərəfindən veriləcəyi diqqətə çatdırılır.”

Son xəbərlər
Digər xəbərlər