12 C
Baku
Friday, November 1, 2024

“JPMorgan” bankının rəhbəri 2023-cü ildə 36 milyon dollar qazanıb

Amerikanın “JPMorgan Chase & Co.” bankı baş icraçı direktoru Ceym Daymona 2023-cü ildə 36 milyon dollar ödəyib.

Bu vəsait Daymona “JPMorgan”ın rəhbər postunda fəaliyyətinə görə verilən rekord dərəcədə mükafatdır.

Ötən il o, 34.5 milyon dollar qazanmışdı.

2023-cü il ərzində Daymonun ümumi əldə etdiyi qazancına 1.5 milyon dollar həcmində baza məvacibi və 34.5 milyon dollar həcmində bonus daxildir. “JPMorgan”ın məlumatında bildirilir ki, bonusun əsas hissəsi səhm şəklində ödənilir.

Bankın prezidenti Deniel Pintonun 2023-cü ildə mükafatı 5 faiz – 30 milyon dollar, istehlak kreditləşdirməsi şöbəsinin həmrəhbərləri Merien Leyk və Cennifer Pipsakın isə 6 faiz – 18,5 milyon dollaradək artıb.

Son xəbərlər
Digər xəbərlər