Azərbaycanda həyatın yaşam sığortasına yatırılan vəsaitlər 27.3% artıb.
Banker.az xəbər verir ki, 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycanda həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 504 milyon 993 min manata çatıb.
Başqa sözlə, əvvəlki ilin eyni dövrünə nisbətən sığorta yatırımları 108 milyon 306 min manat artıb. Belə ki, 2022-ci ildə həyat sığorta şirkətləri 396 milyon 687 min manat sığorta haqqı toplaya bilmişdi.
2023-cü ilin yanvar-delabr aylarında həyatın yaşam sığortası üzrə ödənişlər isə 21% artaraq 292 milyon 552 min manata çatıb. 2022-ci ilin eyni dövründə bu sığorta növü üzrə ödənişlər 242 milyon 78 min manat təşkil etmişdi.