12 C
Baku
Saturday, November 23, 2024

Çinin iri dövlət şirkəti Naxçıvan və Şərqi Zəngəzura böyük həcmdə yatırım etməyi planlaşdırır

Çinin iri yaşıl enerji şirkəti “Energy China” Naxçıvan Muxtar Respublikası və Şərqi Zəngəzura bərpaolunan enerji sahəsində böyük həcmdə yatırım edə bilər.

Bu barədə Azərbaycan Françayzinq Assosiasiyasından bildirilib. Məlumata görə, paralel olaraq Türkiyənin İhlas Holding, Özgün İnşaat və Suiş Proje kimi şirkətləri ölkəmizdə olan investisiya imkanları, yaşıl enerji potensialı, inşaat layihələri, mədənçilik və yeni istehsal müəssisələrinin qurulması kimi sahələrdə maraqlıdırlar. Qeyd edilib ki, bununla bağlı Assosiasiyanın təşkilatçılığı ilə 25-29 yanvar tarixlərində xarici və yerli istehsalçı və investorun iştirakı ilə Naxçıvan Muxtar Respublikası və Şərqi Zəngəzur iqtisadi rayonuna səfər təşkil olunacaq.

Səfər çərçivəsində istehsalçı və investorların azad iqtisadi zonalara baxışı, yerində müşahidələri və potensial istehsal müəssisələrinin qurulması imkanlarının araşdırılması nəzərdə tutulub və müvafiq icra hakimiyyəti orqanları ilə müzakirələr aparılacaq.

Səfərin əsas hədəfi ölkəyə investisiyaların cəlbi və Assosiasiyanın vasitəçiliyi ilə bölgələrdə yeni istehsal müəssisələrinin qurulmasına vəsilə olmaqdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər