10 C
Baku
Saturday, November 16, 2024

“Azərenerji”yə ağacların “qanunsuz kəsilməsinə görə” 25 min manatlıq cərimə protokolu yazılıb

“Azərenerji” ASC məhkəməlik olub.

Banker.az-ın məlumatına görə, şirkətlə bağlı İXM-nin 253.2-ci maddəsi ilə (Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar) protokol hazırlanıb.

Bu maddəyə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir.

İşə İmişli Rayon Məhkəməsində hakim Ülvi Qənbərovun sədrliyi ilə baxılacaq.

 

Son xəbərlər
Digər xəbərlər