12 C
Baku
Saturday, November 23, 2024

Avropanın qaza olan tələbatı 1995-ci ildən bəri ən aşağı səviyyəyə düşüb

Keçən il Avropada qaza tələbat 7 faiz azalıb və 1995-ci ildən bəri ən aşağı göstərici olub.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) qaz bazarı ilə bağlı hesabatında bildirilib.

“Avropada OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı – red.) ölkələrində təbii qaza tələbat 2023-cü ildə 7 faiz (və ya 35 milyard kubmetr) azalaraq, 1995-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Azalma, demək olar ki, tamamilə 2023-cü ilin birinci və üçüncü rüblərində əks olunub. Dördüncü rüb 2022-ci il səviyyəsindən bir qədər aşağıda qalıb”, – deyə hesabatda qeyd edilib.

Elektrik enerjisinə tələbatın azalması, bərpa olunan mənbələrin davamlı genişlənməsi və nüvə enerjisindən istifadə imkanlarının artması qaz enerjisi istehsalına təsir göstərdiyi üçün qaz istehlakının azalmasının 75 faizini təkcə enerji sektoru təşkil edib.

Təbii qaz qiymətlərinin aşağı düşməsi səbəbindən 2023-cü ildə sənaye qazı istehlakı bir qədər artıb.

Son xəbərlər
Digər xəbərlər