Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin fevral ayında şəhər və rayonlarda keçirəcəkləri vətəndaş qəbulunun cədvəli açıqlanıb.
Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
| S/n | Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri | Qəbulun keçirildiyi
şəhər, rayon |
Əhatə olunan
şəhər və rayonlar |
Qəbulun keçirildiyi
gün |
| 1. | Gənclər və idman naziri
Fərid Qayıbov |
Kürdəmir | Kürdəmir, Ucar, Zərdab | 01 |
| 2. | Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli | Şamaxı | Şamaxı, Ağsu, İsmayıllı, Qobustan | 02 |
| 3. | Baş prokuror
Kamran Əliyev |
Saatlı | Saatlı, Sabirabad, Biləsuvar, Cəbrayıl | 09 |
| 4. | Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev | İsmayıllı | İsmayıllı, Ağsu | 09 |
| 5. | Energetika naziri
Pərviz Şahbazov |
Ağdaş | Ağdaş, Yevlax, Bərdə, Göyçay, Ucar, Zərdab, Qəbələ | 09 |
| 6. | Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev | Xaçmaz | Xaçmaz, Quba, Qusar | 09 |
| 7. | “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən
İlham Mirzəliyev |
Siyəzən | Siyəzən, Şabran, Xızı | 09 |
| 8. | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı |
Xaçmaz | Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən | 14 |
| 9. | Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri
İnam Kərimov |
Masallı | Masallı, Yardımlı | 15 |
| 10. | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova |
Füzuli
(Horadiz şəhəri) |
Füzuli, Beyləqan, Xocavənd | 16 |
| 11. | Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri
Saleh Məmmədov |
Salyan | Salyan, Neftçala | 16 |
| 12. | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Zaur Mikayılov |
Naftalan | Naftalan, Goranboy, Xocalı | 16 |
| 13. | “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru
Ruslan Əliyev |
Bərdə | Bərdə, Tərtər | 19 |
| 14. | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev | Ağdaş | Ağdaş, Ağsu, Kürdəmir | 21 |
| 15. | “Azərişıq” ASC-nin sədri
Vüqar Əhmədov |
Masallı | Masallı, Yardımlı | 21 |
| 16. | Daxili işlər naziri
Vilayət Eyvazov |
Saatlı | Saatlı, Sabirabad, İmişli, Beyləqan, Füzuli, Xocavənd | 22 |
| 17. | Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov | Sumqayıt | Sumqayıt, Abşeron, Qubadlı | 22 |
| 18. | Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Anar Quliyev |
Yevlax | Yevlax, Mingəçevir, Naftalan, Goranboy, Xocalı | 22 |
| 19. | Elm və təhsil naziri
Emin Əmrullayev |
Beyləqan | Beyləqan, İmişli, Saatlı, Sabirabad, Xocavənd | 23 |
| 20. | Ədliyyə naziri
Fikrət Məmmədov |
Ucar | Ucar, Zərdab, Kürdəmir | 23 |
| 21. | İqtisadiyyat naziri
Mikayıl Cabbarov |
Cəlilabad | Cəlilabad, Masallı, Lerik, Yardımlı | 23 |
| 22. | Kənd təsərrüfatı naziri
Məcnun Məmmədov |
Bərdə | Bərdə, Tərtər | 23 |
| 23. | Mədəniyyət naziri
Adil Kərimli |
Salyan | Salyan, Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala | 23 |
| 24. | Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
Mürsəl İbrahimov |
Saatlı | Saatlı, Sabirabad, İmişli, Beyləqan, Xocavənd | 23 |
| 25. | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri
Zaur Əliyev |
Abşeron | Abşeron, Xızı, Zəngilan | 23 |
| 26. | Əmək və əhalinin sosial müdafiəsi naziri
Sahil Babayev |
İmişli | İmişli, Beyləqan | 28 |
| 27. | Fövqəladə hallar naziri
Kəmaləddin Heydərov |
Yardımlı | Yardımlı, Masallı | 28 |







