13 C
Baku
Saturday, November 23, 2024

Dövlətin 3 illik istiqrazlarının gəlirliliyi artaraq yenidən 8%-ə çatıb

30 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070023 ISIN-li, 100 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Banker.az-a BFB-dan bildirilir.

Hərrac zamanı 24 investor tərəfindən qiymət intervalı 94.8421 (9.00%) manat və 101.1737 (6.5626%) manat olan 59 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.5945 (8.70%) manat, orta ölçülmüş qiyməti isə 97.6405 (7.8987%) manat müəyyən edilmişdir. Öncəki hərracda 6.2% idi.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 107,878,700 manat, yerləşdirilmiş həcmi isə 100,000,000 manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 26 yanvar 2027-ci ildir.

Hərrac iştirakçıları 31 yanvar 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər