“Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin rəhbəri dəyişdirilib.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, investisiya şirkətinin səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, Fərəc Axundov Tahir oğlu baş icraçı direktoru təyin edilib.
Fərəc Axundova qədər bu vəzifədə Tural Bayramov Bəşir oğlu idi.
F.Axundov ana şirkət olan “Xalq Bank” ASC-nin Xəzinədarlıq İdarəsinin rəisidir.
Hazırda “Xalq Kapital İnvestisiya Şirkəti”nin idarəetmə strukturu belədir:
Müşahidə Şurası:
Sədr:
– Xəzər Bağırlı Arif oğlu
Üzvlər:
-Nəbi Nəbiyev Məcid oğlu
-Natella Şahverdiyeva Fikrət qızı
Xatırladaq ki, “Xalq Kapital İ.Ş.” 2017-ci ildə təsis edilib və onun 420 min manat nizamnamə kapitalı var. Kapitalın 100%-i “Xalq Bank” ASC-yə məxsusdur.