14 C
Baku
Saturday, November 23, 2024

Fransa mağazalarında ərzaq qıtlığı yaranıb

Fransada ərzaq mağazalarında bəzi ərzaq mallarının qıtlığı yaranıb.

Bu barədə BFMTV kanalı məlumat yayıb.

Qıtlığa səbəb etiraz edən fermerlər tərəfindən magistralların bağlanmasıdır. Nəticədə müəyyən məhsulların çatdırılmasında ciddi fasilələr yaranıb.

Qeyd olunub ki, ölkənin şimal-şərqində yerləşən Ardennes departamentində bəzi supermarketlərdə bekon, qatıq, təzə meyvə-tərəvəz, kahı və hazır sendviçlər tükənib.

Ölkənin cənub bölgəsində (Buş-dyu-Ron departamenti) çörək və bəzi tez xarab olan məhsullar azalmağa başlayıb. Qrenoblda isə (Cənub-Şərqi Fransa) bəzi supermarketlərdə ət, balıq və pendir yoxdur.

Etiraz edən fermerlər magistral yolları bağlamaqla yanaşı, insanları ölkənin müxtəlif bölgələrindəki anbarlara və logistik mərkəzlərə də daxil olmağa qoymurlar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər