14 C
Baku
Saturday, November 23, 2024

Türkiyənin turizm gəlirlərində rekord – $54 mlrd.

Dünyanın aparıcı turizm bölgələrindən biri olan Türkiyə 2023-cü ildə illik 10% artımla 56.7 milyon beynəlxalq ziyarətçini qəbul edib.

Ölkənin turizm gəliri illik müqayisədə 17% artaraq 54.3 milyard dollara, ziyarətçilərin bir gecəlik ortalama xərcləri isə 99 dollara çatıb.

Ötən il Türkiyə həmçinin dəniz, qum və günəş tətilləri ilə yanaşı, mədəniyyət, incəsənət, qastronomiya, velosiped idmanı və dini turizm baxımından Avropanın ən çox seçilən istiqamətləri arasında olan Türkiyə 2023-cü ildə rekorda imza atıb. Ölkə 2024-cü ilə qədər 60 milyon turist cəlb etməyi və 60 milyard dollar turizm gəliri əldə etməyi hədəfləyib. Turizm strategiyaları çərçivəsində bazar müxtəlifliyinə üstünlük verən Türkiyə, 2024-cü ildə yeni hədəf bazarlara fokuslanaraq cari strateji bazarlarda fəaliyyətini davam etdirəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər