“MKT İstehsalat Kommersiya” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Banker.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Yevlax rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Kamil Əliyevdir.
İXM-in 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan azca miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Xatırladaq ki, şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.