Livanın xarici işlər və miqrasiya naziri vəzifəsini icra edən Abdullah Bou Həbib Böyük Britaniyanın Beyrutdakı səfiri Hemiş Koueli Xarici İşlər Nazirliyinə çağırıb.
Diplomata Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun Livan paytaxtına son səfəri ilə bağlı etiraz notası verilib.
Etiraza səbəb nazirin səfəri zamanı Livan XİN-ə getməməsi olub.
Kemeron Yaxın Şərq turu çərçivəsində fevralın 1-də Beyruta bir günlük rəsmi səfər edib. O, Livanın Baş nazir vəzifəsinə təyin edilmiş Nəcib Mikati, həmçinin Deputatlar Palatasının sədri Nəbih Berri ilə görüşüb.