Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 13-cü paketinə onlarla Belarus və rus zabitini daxil etmək niyyətindədir.
Bu barədə “EUobserver” portalı adı açıqlanmayan avropalı diplomatlara istinadən məlumat yayıb.
Portalın məlumatına görə, Rusiyaya bəzi silah komponentləri əldə etməyə kömək edən Aİ-yə daxil olmayan bir neçə firma da sanksiyalar siyahısına salına bilər.