2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda elektrik avtomobillər üçün icbari sığorta əmsalı məlum oldu

Azərbayan Mərkəzi Bankı elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobillər üçün icbari avto-sığorta əmsalını müəyyən edib.

Banker.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nda dəyişiklik edib.

Qaydaya əsasən, Elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri üçün əmsal 1.5 olacaq.

Qeyd edək ki, baza sığorta haqqı 50 manat götürülür. Yerləşdiyi bölgə, sürücü təcrübəsi, etibarnamə,  avtomobilin istismar müddəti və s. meyarlar nəzə alınaraq hesablanır.

Avtonəqliyyat vasitəsinin növü üzrə əmsallar aşağıdakı qaydada müəyyən edilir:

Sıra nömrəsi Avtonəqliyyat vasitəsinin növü Əmsallar
1. Minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri:
1.1.   mühərriklərinin həcminə görə:
50 sm3 – 1500 sm3 1
1501 sm3 – 2000 sm3 1.5
2 001 sm3 – 2500 sm3 2
2501 sm3 – 3000 sm3 2.5
3001 sm3 – 3500 sm3 3
3501 sm– 4000 sm3 3.5
4001 sm– 4500 sm3 4
4501 sm– 5000  sm3 4.5
5000 sm3-dən çox 5
1.2. Elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri 1.5
2. Avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – sərnişin yerlərinin sayına görə:
9 – 16 3
16-dan artıq 4
3. Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – icazə verilən maksimum kütləsinə görə:
3500 kq-dan çox olmadıqda 3
3501 kq – 7 500 kq 4
7500 kq-dan yuxarı 5
4. Motosikletlər, trisikllər və kvadrisikllər 1
5. Trolleybuslar və tramvaylar 2
6. Traktorlar, meşə və kənd təsərrüfatında istifadə olunan mexaniki avtonəqliyyat vasitələri 1
7. Texnoloji nəqliyyat vasitələri və bu kateqoriyadan olan digər mexaniki avtonəqliyyat vasitələri 1
8. Qoşqular və yarımqoşqular 0.5
Son xəbərlər
Digər xəbərlər