9 C
Baku
Thursday, December 12, 2024

9 mindən çox əcnəbi Azərbaycanda icazə alıb işləyir – 48%-i tikinti sahəsindədir

2023-cü ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 9 438 nəfər olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Onlardan 47.6 faizi tikintidə, 10.2 faizi mədənçıxarma sənayesində, 7.5 faizi emal sənayesində, 6.3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4.2 faizi təhsil, 4.1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri və 20.1 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

Son xəbərlər
Digər xəbərlər