10 C
Baku
Saturday, November 23, 2024

Dövlət Vergi Xidmətinin yeni strategiyası hazırlanıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2024-2030-cu illər üzrə strategiyası hazırlanıb.

Bunu qurumun rəisi Orxan Nəzərli Bakıda keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı forumda bildirib.

“Strategiyada büdcə gəlirlərinin təmin edilməsi, vergidən yayınmanın və qanunsuz vergi üstünlüyünün qarşısının alınması əsas missiya olaraq müəyyənləşib. Eyni zamanda etibarlı, müasir və könüllü əməletməyə əsaslanan vergi ekosisteminun qurulması hədəflənib. Sözügedən illər üzrə 5 strateji istiqamət müəyyənləşdirilib. Bunlar, könüllü əməletmənin təşviqi, vergidən yayınma ilə mübarizə, təşkilatın institusional inkişafı və insan kapitalı, beynəlxalq əməkdaşlıq və mütərəqqi yeniliklərin tətbiqi və dövlət qurumları ilə birgə iş istiqamətləridir”, – deyə o, qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər