2 C
Baku
Saturday, December 14, 2024

Sumqayıt Texnologiyalar Parkının nizamnamə kapitalı 400 mln. manata çatdırılıb

Sumqayıt Kimya Sənayesi Parkının rezidenti “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin nizamnamə kapitalı bir qədər də artırılıb.

Banker.az xəbər verir ki, STP-nin nizamnamə kapitalı sonuncu əməliyyat zamanı 8.54 mln. manat və ya 2.2% artırılmaqla 398.39 mln. manatı keçib.

2023-cü ilin iyununda 49.43 mln. manat, iyulda 2.3 mln. manat, avqustda 13.06, dekabrda 8.7 mln. manat və 2024-cü ilin yanvarında 76.8 mln. manat artırılıb.

Xatırladaq ki, STP 2012-ci ildə yaradılıb, strukturunda müştərək və ya törəmə olan 10 zavod fəaliyət göstəririr.

  1. Kabel Zavodu
  2. Polimer Məmulatlar Zavodu
  3. Elektrik Avadanlıqları Zavodu
  4. Sendviç Panelləri Zavodu
  5. Mexaniki Emal Zavodu
  6. Qaynaq Quraşdırma Zavodu
  7. Metaləritmə Zavodu
  8. Antikorroziya Örtükləri Zavodu
  9. Aliminium Və Mis Profilləri Zavodu
  10. Texniki Qazlar Zavodu
Son xəbərlər
Digər xəbərlər