17 C
Baku
Friday, October 18, 2024

Norveç Fələstin və İsrail arasında maliyyə vasitəçiliyi edəcək

Norveç İsrail və Fələstin arasında bir hissəsi Tel-Əviv tərəfindən dondurulmuş gömrük gəlirlərinin anklavlara köçürülməsi məsələsində vasitəçi olacaq. Krallığın Xarici İşlər Nazirliyi qeyd edib ki, tərəflər artıq vəsaitlərin köçürülməsi mexanizmi barədə razılığa gəliblər.

Bu barədə Norveç Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

“Norveç Fələstin Administrasiyasının İsrailin onun adından topladığı gömrük gəlirlərini almasına imkan verəcək razılaşmanı asanlaşdırır.”

Qeyd edildiyi kimi, anklavın gömrük gəlirlərinin köçürülməsi sxemi Fələstinin maliyyə çöküşünün qarşısını alacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər