Türkiyədə oxumaq istəyən tələbələrin bir hissəsi rahatlıqla Türkiyə-Azərbaycan Universitetini seçə biləcək.
Bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Universitetə qəbul üçün imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək:
“Universitetdə magistratura pilləsinin olub-olmaması ilə bağlı yaxın günlərdə məlumat veriləcək. Bu universitetin təkcə Azərbaycan üçün deyil, həm də regionun önəmli təhsil müəssisəsinə çevrilməsini istəyirik”.