14 C
Baku
Saturday, November 23, 2024

Dövlət imtahanından azad olunan tələbələrin diplom alma qaydası açıqlanıb

Yekun dövlət attestasiyasından (dövlət imtahanı) azad olunan tələbələrin təhsil proqramları sonuncu semestrdə təcrübə ilə yekunlaşacaq.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ali təhsilin bakalavriat səviyyəsində müvafiq ixtisas üzrə yekun dövlət attestasiyasının keçirilib-keçirilməməsi həmin ixtisasın təhsil proqramı ilə müəyyən olunur.

“2020-ci ildə bakalavriat səviyyəsi üçün qəbul edilən yeni məzmunlu təhsil proqramlarının bir qismi (təxminən yarısı) təcrübə ilə başa çatır. 2023/2024-ci tədris ilində məzun olacaq bakalavrların təxminən 60-70 faizi yekun dövlət attestasiyasından azaddır. Həmin tələbələrin təhsil proqramları sonuncu semestrdə təcrübə ilə yekunlaşacaq”, – nazirlikdən bildirilib.

Qurumdan həmçinin qeyd olunub ki, hər bir ixtisas üzrə daha dəqiq məlumat əldə etmək üçün tələbələr müvafiq ali təhsil müəssisəsinə müraciət edə bilərlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər