25 mart 2024-cü il tarixdən etibarən “Azercell Telekom” MMC-nin Fakturalı xətt sisteminin korporativ abunəçiləri üçün nəzərdə tutulan “Biznesim 1GB”, “Biznesim 3GB”, “Biznesim 5GB”, “Biznesim 10GB” və “Biznesim 50GB” tarif paketləri üzrə şərtlər dəyişir.
Banker.az xəbər verir ki, “Azercell Telekom” “Biznesim” tarif paketləri çərçivəsində təqdim olunan internet paketlərinin həcmini və qiymətini artırır.
Buna qədər təqdim olunan “Biznesim 1GB”, “Biznesim 3GB”, “Biznesim 5GB”, “Biznesim 10GB” və “Biznesim 50GB” tarif paketlərinin qiymətləri müvafiq olaraq 12 AZN, 17 AZN, 22 AZN, 32 AZN və 52 AZN təşkil edirdi.
Eyni zamanda abunəçilər “Biznesim” tarif paketləri üzrə digər imkanlardan (zəng\SMS) mövcud şərtlərlə yararlanmağa davam edəcəklər.
Qeyd edək ki, hesablanma intervalı zənglər üçün 10 saniyə, internet üçün isə 51 KB-dir.
Tarifin əvvəlki adı |
Tarifin yeni adı |
Qiyməti (ƏDV daxil, AZN) |
Korporativ zənglər |
Danışıq |
İnternet |
SMS |
Beynəlxalq zənglər |
Biznesim 1GB |
Biznesim 3GB |
14 |
Limitsiz |
700 dəqiqə (ölkədaxili) |
3GB |
500 |
– |
Biznesim 3GB |
Biznesim 6GB |
19 |
Limitsiz |
1300 dəqiqə (ölkədaxili) |
6GB |
1000 |
– |
Biznesim 5GB |
Biznesim 9GB |
24 |
Limitsiz |
2500 dəqiqə (ölkədaxili) |
9GB |
2000 |
10 dəqiqə |
Biznesim 10GB |
Biznesim 15GB |
34 |
Limitsiz |
4000 dəqiqə (ölkədaxili) |
15GB |
2000 |
20 dəqiqə |
Biznesim 50GB |
Biznesim 55GB |
54 |
Limitsiz |
7000 dəqiqə (ölkədaxili) |
55GB |
3000 |
30 dəqiqə |