Ombudsman müddətsiz əmək müqaviləsi ilə bağlı şərtlərin yumşaldılmasını istəyir.
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Təklif edilib ki müddətli əmək müqaviləsi fasiləsiz olaraq 3 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilsin.
Hazırda qanunvericilikdə bu müddət 5 ildir.