AFFA-nın prezidenti Rövnəq Abdullayev aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədiyini irəli sürməyəcək.
O, bu barədə Gəncədə keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında bildirib.
Toplantıda bir neçə məsələ müzakirə olub və bu qərarlar qəbul edilib:
1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilsin;
2. Müvafiq müraciətə əsasən, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
– İsmayıl Əliyev
– Esmiralda Ələkbərova (həkim)
– Qara Qarayev
– İqor Ponomaryov
– Vaqif Sadıqov
– Maşallah Əhmədov
Qeyd edək ki, “Kəpəz” Futbol Akedemiyasının tikintisi ilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.