13 C
Baku
Friday, November 22, 2024

Azərbaycana turist axını 65% bərpa olunub

2023-cü ildə Azərbaycana gələn turistlərin sayı koronavirus (COVID-19) pandemiyasından əvvəlki dövrə nisbətən 65% bərpa olunub.

Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, bərpa prosesi daha çox qeyri-ənənəvi bazarlar üzrə müşahidə edilib.

Ötən il ölkəyə gələnlərin 13.9%-i 1 gün, 19.3%-i 1-3 gün, 24.4% 4-7 gün, 8.9%-i 8-14 gün, 1.8%-i 15-21 gün, 31.7%-i isə 21 gündən çox qalıb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycana 187 ölkədən 2 085.8 min nəfər və yaxud 2022-ci illə müqayisədə 30.2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər